Patriarxlığa üç namizədin seçiləcəyi Sinodun iclası aprelin 28-də keçiriləcək

21:39, 21.04.2026

 

Müqəddəs Sinodun iclası aprelin 28-də Gürcüstan Patriarxlığında keçiriləcək. Bu haqda məlumatı Patriarxlıq yayır.

Onların məlumatına əsasən, Sinodun 28 aprel iclasında patriarxlığa üç namizəd seçiləcək.

“Bu il aprelin 28-də saat 12:00-da Gürcüstan Patriarxlığında Müqəddəs Sinodun iclası keçiriləcək. Bu iclasda patriarxlığa üç namizəd seçiləcək” – Patriarxlığın yaydığı məlumatda deyilir.

Oxşar