Patriarxlıq tərəfindən toplanan humanitar yardımın ilk partiyası Ukraynaya sabah göndəriləcək
Patriarxlıq tərəfindən toplanan humanitar yardımın ilk partiyası Ukraynaya sabah göndəriləcək

Patriarxlığın “Davitianni” gənclər hərəkatı tərəfindən toplanan humanitar yardımın ilk partiyası Ukraynaya sabah göndəriləcək. Bu barədə məlumatı Patriarxlıq yayır.

“Məlum olduğu kimi, Pak və Müqəddəs İkinci İliya xeyir-duası ilə Gürcüstan Patriarxlığının “Davitianni” gənclər hərəkatı (rəhbəri Konstantin Svanadze) Ukraynaya göndəriləcək humanitar yüklərin toplanmasına başladı və bu xalq tərəfindən böyük həvəslə qarşılandı.

Baxmayaraq ki, bizim möminlərimiz iqtisadi baxımından çətinlik çəkir, hər kəs ehtiyacı olan insanlara kömək etməyə çalışır.

Hələ bir həftə də keçməyib və artıq 10 tondan çox məhsul, geyim və 3000 ədəd tibbi təyinatlı əşya və dərmanlar yığılıb və bu proses hələ də davam edir.

Bütün Gürcüstanın Katalikos Patriarxın adından bütün ianəm verənə münnətdarlığımızı bildiririk, dini və ya mülki şəxsə, eləcə də “Davitianni” təşkilatına və “Gürcüstan Poçtuna” (baş direktoru Levan Çikvaidze), hansı da öz xərcləri ilə yükün Ukraynaya aparılmasını təmin edir.

İlk beş ton yardım martın 6-da, eyni miqdarda yük isə, sonrakı günlərdə göndəriləcək.

Bağlamanın üzərində yazılıb:

Ukrayna xalqına

Gürcüstan əhalisindən

Gürcüstan Pravoslav Kilsəsi

Ukrayna xalqını Tanrı qorusun”, – Patriarxlıq tərəfindən yayılan məlumatda deyilir.