Patriarxlıq - Kilsə tərəf kimi görünə bilməz, lakin o, sülh gətirəcək, xristian ənənələrinin möhkəmlənməsinə kömək edəcək dəyərlərin möhkəmləndirilməsi seçiminin dəstəkləyicisi olacaq
Patriarxlıq - Kilsə tərəf kimi görünə bilməz, lakin o, sülh gətirəcək, xristian ənənələrinin möhkəmlənməsinə kömək edəcək dəyərlərin möhkəmləndirilməsi seçiminin dəstəkləyicisi olacaq

 
Gürcüstanın Ortodoks Kilsəsi siyasi tərəf kimi görünə bilməz, lakin o, Gürcüstana uzunmüddətli sülh gətirəcək, xristian və ailə ənənələrinin möhkəmlənməsinə kömək edəcək dəyərlərin möhkəmləndirilməsi seçiminin dəstəkləyicisi olacaq – bu haqda Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin yaydığı bəyanatda deyilir.

Patriarxlığın bəyanatında, bu gün ölkənin mühüm yoldan keçdiyi deyilir.

“Bir tərəfdən milli və dini dəyərlərin qorunması, digər tərəfdən isə ölkənin birləşməsi, suverenliyin və sülhün qorunması dövlət institutlarının, eləcə də cəmiyyətin əsas məqsədidir.

Dəfələrlə bəyan etmişik ki, Gürcüstanın Ortodoks Kilsəsi millətimizin və ölkəmizin ən böyük birləşdiricisi və qayğıkeşi kimi siyasi tərəf kimi görünə bilməz, lakin, o, birmənalı şəkildə Gürcüstana uzunmüddətli sülh gətirəcək və cəmiyyətdə xristian və ailə ənənələrinin möhkəmlənməsinə kömək edəcək dəyərlərin möhkəmləndirilməsi seçiminin dəstəkləyicisi olacaq.

Müvafiq olaraq, seçki dövründə yaşanan həddindən artıq emosiya və gərginlik fonunda din xadimlərindən xahiş edirik ki, ictimai birliyin və əmin-amanlığın qorunmasında onların xüsusi rolu olduğunu öz bəyanatlarında və müraciətlərində nəzərə alsınlar.

Tanrının xalqımıza mərhəmət göstərməsi üçün gəlin dua edək və peyğəmbərin sözünə uyğun olaraq, sülh qandalı ilə ruhun birliyini qoruyaq” – Gürcüstan Patriarxlığının bəyanatında deyilir.