Patriarxlıq iqtidara müraciət edir ki, kilsələrin ətrafındaki küçə ticarətinə sivil formanın verilməsi üçün gərəkən tədbirlər görülsün
Gürcüstan Patriarxlığı iqtidara müraciət edir ki, kilsələrin ətrafındaki küçə ticarətinə sivil formanın verilməsi üçün gərəkən tədbirlər görülsün.
“Məlum olduğu kimi, Cvari Monasterinin bağlanması küçə ticarətinin qaydaya salınması üçün atılan bir addımdır. Təəssüf ki, digər dini-mədəni abidələrin ətrafındaki vəziyyət də ağırdır.
Başa düşürük ki, insanlar çörək pulu qazanmaq üçün hər yoldan istifadə edirlər, ancaq ölkəmizə bu qədər turistlərin və qonaqların gəldiyi halda, mədəni abidələrimizin ətrafındaki ərazi belə vəziyyətdə göstərilməməlidir.
Gürcüstan Patriarxlığı iqtidara və ilk növbədə Mədəniyyət Nazirliyinə müraciət edir ki, kilsələrin ətrafındaki küçə ticarətinə sivil formanın verilməsi üçün gərəkən tədbirlər görülsün” – deyilir patriarxlığın bəyanatında.