Patriarxlıq – genişləndirilmiş toplantı zamanı inanclılar Müqəddəs Üçlük kilsəsinin həyətinə piyada daxil ola biləcəklər. Həyətdə quraşdırılmış ekranlar vasitəsilə ictimaiyyət toplantını izləyə biləcək

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin məlumatına görə, Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş toplantısı zamanı inanclılar Müqəddəs Üçlük adına Patriarxlıq kafedralının həyətinə maneəsiz şəkildə piyada daxil ola biləcəklər.

Məlumatda bildirilir ki, həyətdə böyük ekranlar quraşdırılıb və ictimaiyyət həmin ekranlar vasitəsilə toplantının gedişini izləyə biləcək.

Qeyd edək ki, bu gün Müqəddəs Üçlük kafedralında keçiriləcək Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş toplantısında Gürcüstanın yeni — 142-ci Katolikos-Patriarxı seçiləcək. Toplantı saat 13:00-da başlayacaq.