Patriarxlıq - Aprelin 25-i İkinci İlianın dünyasını dəyişməsindən 40 gün tamam olur, bununla əlaqədar olaraq, patriarxlıq taxtının varisi mitropolit Şio Sioni məbədində dini ayin keçirəcək
Patriarxlıq - Aprelin 25-i İkinci İlianın dünyasını dəyişməsindən 40 gün tamam olur, bununla əlaqədar olaraq, patriarxlıq taxtının varisi mitropolit Şio Sioni məbədində dini ayin keçirəcək

 

Aprelin 25-i İkinci İlianın dünyasını dəyişməsindən 40 gün tamam olur, bununla əlaqədar olaraq, patriarxlıq taxtının varisi mitropolit Şio (Muciri) Sioni patriarxlıq məbədində dini ayin keçirəcək. Bu haqda məlumatı Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti yayır.

“Sabah, aprelin 25-i ümumi Gürcüstanın katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Apxaziya mitropoliti, İkinci İlia həzrətlərinin dünyasını dəyişməsindən 40 gün tamam olur.

Bununla əlaqədar, patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğu mitropoliti Şio (Muciri) Tbilisinin Sioni patriarxlıq məbədində baş keşişlər və digər dini şəxslər ilə birlikdə dini ayin keçirəcək, bundan sonra da həzrətlərinin ruhunun yad edilməsinə həsr olunmuş mərasim keçiriləcək.

Dini mərasim saat 10:00-da başlayacaq” – məlumatda qeyd olunub.