Patriarxın milad məktubu
Patriarxın milad məktubu

Bütün Gürcüstanın Kalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliyanın milab məktubu.

Bütün keşişlər, Gürcüstanın müqəddəs paravoslav kilsəsinin üzvləri, İveriya sakinləri, ölkəmiz xaricində yaşayan həmvətənlilərim:

2019-cu il bundan əvvəl bəşəriyyətin xailasedicisi barəsində sözlər gerçək oldu. İsə Peyğəmbər dünyaya gəldi.

Çox insan düşünür ki, əgər başqasına fiziki olaraq zoraklıq etmirsə və bədəninə xəsarət yetrimirsə, bu cinayət cüzidir – bu böyük günahdır. Sözün həqiqətən qeyri-adi gücü var. Necə müsbət, eləcə də mənfi.

Söz var ki, həyat yaradır, söz var ki, ölümə bərabərdir. Bununla yanaşı heç bir söz yoxa çıxmır, silinmir.

Hər bir gün, saat və dəqiqə bizim yaxşı və pis hərəkətlərimizlə, danışığımızla əks olunur. Biz vaxtı silə bilmərik, nə orada qalan izlərimizi, əgər peşman olmasaq. Səmimi və dərin peşmançılıq olmasa.

Bütün bəşəriyyətin və hər birimizin mövcudluğunun mənasi iki yoldan birinin seçməsindən ibarətdir.

Gələcək nəsilə xüsusi qayğı göstərməliyik ki, onlar bizə sonralar deməsinlər bizə yardım etmədiniz.

Mənim müəllimlərlə ünsiyyətim var və bu problem barədə bilirəm.

Sevindirici haldır ki, hakimiyyət müllimlərin maaşlarının artırılması barəsində bəyanat verdi.

Bir tikə çörək üçün evindən çıxan valideynin uşağının qayğısı üçün az vaxtı qalır. Buna görə, dövlət və bundan irəli gələrək məktəb, uşağın yetişdirlməsinə qayğı göstərməlidirlr.

Ailəyə gəldikdə, yəni ikinci kilsəyə: ümumiyyətlə, hamımız bilirik ki, bu ikitərəfli hörmət və sevgiyə əsaslanmalıdır.

Təəsüflər olsun ki, bu gün ailələr tez-tez dağılır. Özəlliklə də yeni evlənənlər. Düşünürük ki, bunun əsas səbəbi odur ki, gənclər bunun üçün hazır deyildilər və bir balaca narazılıq da, ayrılmağa səbəb olur. Nəzərə almaq lazımdır ki, ilk başdan bu cür narazılıqlar ola bilər. Onun həlli yolu barəsində düşünmək lazımdır.

Hamınızı bu günki gün münasibəti ilə təbrik edirəm!

İkinci İliya

Bütün Gürcüstanın

Kalikos-Patriarxı

Tbilisi

2018/2019