Arçil Talakvadze erməni Apostol Kilsəsinin möminlərini Milad Bayramı münasibətilə təbrik edir
Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze erməni həmvətəndaşlarını, erməni Apostol Kilsəsinin möminlərini Milad Bayramı münasibətilə təbrik edir.
“Gürcüstan Parlamentinin adı ilə, bizim həmvətəndaşarımızı, erməni Apostol Kilsəsinin möminlərini Müqəddəs Milad Bayramı münasibətilə təbrik edirəm! Sizə və sizin ailələrinizə sağlamlıq, firəvanlıq və sülh arzulayıram!”, – Talakvadzenin təbrikində deyilir.
Erməni Apostol Kilsəsi Milad Bayramını 6 yanvarda qeyd edir.