Patriarxın dəfn mərasiminin təşkilati məsələləri üzərində dövlət komissiyası işləyəcək
Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti, İkinci İlia həzrətlərinin dəfn mərasiminin təşkilati məsələləri ilə bağlı Hökumət Administrasiyasında işgüzar görüş keçirilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, prezident Mixeil Ğavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mamuka Mdinaradze, Dövlət Xüsusi Mühafizə Xidmətinin rəisi Anzor Çubinidze və Nazirlər Kabinetinin üzvləri görüşdə iştirak edirdilər.
Gürcüstanın Hökumət Administrasiyasından verilən məlumata əsasən, işgüzar görüşdə patriarxın dəfn mərasiminin təşkilati məsələləri üzərində işləmək üçün dövlət komissiyasının yaradılacağı qeyd edilib. Həmçinin, Gürcüstan hakimiyyətinin nümayəndələri Patriarxlıq Komissiyasının işinə qoşulacaqlar.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın vəfatına görə Gürcüstanda matəm elan edili. Dəfn günü də daxil olmaqla, matəm günləri davam edəcək.