Patriarx - kilsəmizə 15 tondan çox humanitar yardım yığılıb və onlar əziyyət çəkən Ukrayna xalqına göndəriləcək
Gürcü Pravoslav Kilsəsi adından Ukrayna xalqına humanitar yüklər göndəriləcək.
Patriarxın “tvitter” mikrobloqunda dərc olunan məlumata görə, son bir həftə ərzində kilsədə 15 min tondan çox yük toplanıb.
“Son bir həftə ərzində kilsəmizdə 15 tondan çox humanitar yardım toplanaraq gürcü pravoslav kilsəsi adından əziyyət çəkən Ukrayna xalqına göndərildi. Proses davam edir və yardım yaxın vaxtlarda yenə göndəriləcək”, – Patriarxın “tvitter” mikrobloqunda qeyd olunur.