Patriarx arximandrit İliaya (Toloraia) dini fəaliyyəti qadağan edib
Bütün Gürcüstanın Katolikos-patriarxı, əqdəs II İlia arximandrit İliaya (Toloraia) dini fəaliyyəti qadağan edib.
Yeparxiya komissiyası Gürcüstanın Katolikos-patriarxına müvafiq təqdimatla müraciət edib.
Patriarxın əmrində deyildiyi kimi, yepiskopu təhqir etdiyinə və ümumiyyətlə kilsə iyerarxlarına qarşı böhtan xarakterli bəyanatlara görə arximandritə dini fəaliyyət hüququ qadağan edilir.
“Bütün Gürcüstanın Patriarxlığına. Yepiskopu təhqir etdiyinə və ümumiyyətlə kilsə iyerarxlarına qarşı böhtan xarakterli bəyanatlara görə yeparxiya komissiyasının təqdimatı əsasında səmimi şəkildə peşmançılıq göstərənə qədər Sameda Patriarxlıq Lavrasının din xadimi, arximandrit İliaya (Toloraia) dini fəaliyyət hüququ qadağan edilsin” – Katolikos-patriarxın əmrində deyilir.