Patara Lilo qəsəbəsində yolun kənarındakı ərazi tikinti tullantılarından təmizlənir
Samqori rayonunda Patara Lilo qəsəbəsində yolun kənarındakı ərazi xüsusi texnika vasitəsilə tikinti tullantılarından təmizlənir. MMC “Tbilservice Group”un direktoru Qiorqi Papava təmizlik işləri ilə tanış olub.
“Vətəndaşlara və özəl şirkətlərə tikinti tullantılarını qanunsuz şəkildə paytaxtın ətraf ərazilərində yerləşdirməmələri üçün hər gün çağırış edirik. Qanunu pozmaq əvəzinə, “Tbilservice Group”un əlverişli və güzəştli xidmətlərindən yararlanmaq lazımdır, əməkdaşlarımız ərazidən 5 kubmetrə qədər təmir tullantılarını, eləcə də köhnə mebelləri və əşyaları götürəcəklər” – Qiorqi Papava qeyd edib.
Xidmət haqqı tullantıların həcminə əsasən müəyyən edilir: <1 m³ – 9 lari; 1-3 m³ – 69 lari; 3-5 m³ – 149 lari.
Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.