Pasxa bayramı ilə əlaqədar Mestiyə əlavə dörd reys təyin edilib
Pasxa bayramı ilə əlaqədar Mestiyə əlavə dörd reys təyin edilib

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə məxsus “Gürcüstan Aeroportlar Birliyi” MMC Pasxa bayramı ilə əlaqədar Mestiyə əlavə dörd reys təyin edib.

“Əlavə reyslər yerli təyinatlı aeroportlar istiqamətində 9–14 aprel tarixlərində aşağıdakı cədvəllə həyata keçiriləcək:

9 aprel: Natakhtari – Mestia, uçuş saat 16:00; Mestia – Natakhtari, uçuş saat 17:20
14 aprel: Natakhtari – Mestia, uçuş saat 16:00; Mestia – Natakhtari, uçuş saat 17:20

Qeyd edək ki, Natakhtari–Mestia istiqamətində bir tərəfli biletin qiyməti 90 laridir. 0–3 yaş arası körpələr üçün ödənişsizdir, 3–12 yaş arası uşaqlar üçün isə 30% endirim tətbiq olunur. Biletləri artıq rəsmi veb-saytdan əldə etmək mümkündür”, – məlumatda qeyd olunub.