Partlayıcı qurğu haqqında bildirişlə əlaqədar Tbilisinin 41 saylı məktəbində təxliyyə elan edilib
Tbilisidə 41 saylı ictimai məktəbdə şagirdlər və məktəb işçilərinin təxliyyəsi həyata keçirilib.
Mövcud məlumata əsasən, buna səbəb məktəb binasında partlayıcı qurğunun olması ilə bağlı anonim telefon zəngi olub.
Gürcüstanın Birinci Kanalının jurnalistinin verdiyi məlumata əsasən, hazırda məktəbdə tədris prosesi pozulub.
Minaaxtaranları əraziyə gözləyirlər.