Partiya “Girçi” adını dəyişib – qərara gəldik ki, əslində kimiksə, həmişə kim olmuşuqsa və gələcəkdə də kim olacağıqsa, həmin adı daşıyaq – “Azad Xalq Partiyası”
“Girçi” adını ona görə seçmişdik ki, azadlıq ideyasını insanlar üçün asan yadda qalan, neytral bir simvolda ifadə edək. İndi isə siyasi həyatımızda yeni səhifə açmaq qərarına gəlmişik – əslində kimiksə, həmişə kim olmuşuqsa və gələcəkdə də kim olacağıqsa, həmin adı daşıyaq: “Azad Xalq Partiyası”.
Bu barədə “Girçi”nin yaydığı bəyanatda bildirilir.
Partiyanın məlumatına görə, “Girçi” həmişə azad insanların partiyası olub.
“Biz “Girçi” adını ona görə seçdik ki, azadlıq ideyasını insanlar üçün asan yadda qalan, neytral bir simvolda ifadə edək. Görünür, bu, kifayət qədər uğurlu alındı. Çünki son illərdə bizdən başqa daha iki partiya bu adı götürdü. Üstəlik, onların heç birinin azadlıqla əlaqəsi yoxdur.
Rəqiblərimiz bu anlaşılmazlıqdan çox məharətlə istifadə edirlər. Bəzən bizim adımızdan tamamilə fərqli fikirlər səsləndirir, mövqelərimizi təhrif edirlər. Hətta elə hallar olur ki, bizimlə və azadlıq ideyası ilə heç bir əlaqəsi olmayan şəxsləri bizim tərəfdaşımız və ya fəalımız kimi təqdim edirlər.
Bütün bunlar insanlarda bizim haqqımızda yanlış təsəvvür yaradır və eyni zamanda partiyamızın vaxtilə yaradılmasına səbəb olan ideyaya zərər vurur.
Qərara gəldik ki, buna son qoyaq və siyasi həyatımızda yeni səhifə açaq – əslində kimiksə, həmişə kim olmuşuqsa və gələcəkdə də kim olacağıqsa, həmin adı daşıyaq: “Azad Xalq Partiyası””, – deyə bəyanatda qeyd olunur.