Parlamentin yaz sessiyası sabah başa çatacaq
Parlamentin yaz sessiyası sabah başa çatacaq

Gürcüstan parlamentinin yaz sessiyası sabah, iyunun 29-da başa çatacaq.

Yaz sessiyasının bağlanmasından sonra qanunverici oqran öz fəaliyyətinə növbədən kənar iclaslar formatında davam edəcək və istisna deyil ki, prezident Giorgi Marqvelaşvilidən iyul ayının sonuna qədər növbədən kənar iclasların çağırılması tələb edilsin, çünki parlament çox sayda qanunvericilik və kadr dəyişikliklərini qəbul etməlidir.

Bu yay parlament baş prokuroru seçməlidir və həmçinin, xalq müdafiyəçisinin 2017-ci ilin hesabatını dinləməlidir.