Parlamentin yaxınlığında bir nəfəri saxlayıblar
Parlamentin yaxınlığında bir nəfəri saxlayıblar

 

Rustaveli prospektində Gürcüstan Parlamentinin yaxınlığında az əvvəl səs-küy qeydə alınıb.

Bu gün axşam üçün elan olunan aksiyanın iştirakçılarının bir hissəsi və təşkilatçılarlar səhnə qurmaq üçün parlamentin yaxınlığına getdilər, bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları bir şəxsin üzərində axtarış aparılmasını tələb etdilər. Rədd cavabı aldıqdan sonra onu saxladılar.

Bu gün parlamentin yaxınlığında “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”na qarşı aksiyanın keçirilməsi də elan edilib.

Bununla yanaşı, Gürcüstanın Daxili İşlər Nazirliyində bəyan etdikləri üzrə, parlamentin yaxınlığında bir nəfəri İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsinə əsasən saxlayıblar, bu isə polisin qanuni tələbinə itaətsizliyi nəzərdə tutur.