Parlamentin səhiyyə və sosial məsələlər üzrə komitəsində Səhyyə naziri, David Sergeenkonu dinləyəcəklər.
David Sergeenko ilə görüş uşaqların müdafiəsi və sosisial iş sisteminin problemləri ilə bağlı planlaşdırılır.
Parlament çoxluğunun üzvlərinin bəyan etdiyinə görə, Sergeenkoya verəcəkləri suallar sosial işin prioritet və çağırışlarına aid olacaq. Hakim komanda üzvləri sualları sosial islahatları baxımından qəbul olunan qanunlayihələr barəsində verməyi planlaşdırırlar.
Parlament azlığında byan edirlər ki, sosial işçilərin işləri baxımından ciddi sistemli problemlər qeydə alınır. Müxalifət, sosial işçilərin işlərinin yaxşılaşdırılması məqsədi ilə, Nazirliyin nələri planlaşdırdığı barəsində maraqlanır.