Parlamentin sədri Türkiyə səfiri ilə görüşdü
Parlamentin sədri, Şalva Papuaşvili Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Fatma Ceren Yazqan ilə tanışlıq xarakterli görüşü keçirdi.
Parlamentin mətbuat xidmətinin məlumata görə, görüşdə iki ölkə arasında əlaqələr, parlamentlərarası əməkdaşlıq və ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu.
Elə onların malumatına görə, tərəflər iki ölkənin gündəliyində duran məsələləri, bölgədəki vəziyyət, Şərqi Avropada təhlükəsizlik çağırışları və Gürcüstan Parlamenti sədrinin prioritetlərini müzakirə etdilər.
Şalva Papuaşvili və Fatma Ceren Yazqan ölkəmizdə iqtisadi əməkdaşlığın dərinləşməsindən, biznes mühitindən danışdılar.
Parlamentin sədri Türkiyə tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə təşəkkür etdi, səfirə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə verdiyi töhfəsinə görə minnətdarlığını ifadə etdi.