Parlamentin reqlamentinə dəyişikliklər edilir, dəyişikliklərə əsasən, əgər aparatın pensiya yaşına çatmış əməkdaşları şəxsi ərizə əsasında işdən çıxsalar, birdəfəlik kompensasiya alacaqlar
Parlamentin reqlamentinə dəyişikliklər edilir, dəyişiklikləri nəzərə almaqla, əgər Parlament Aparatının pensiya yaşına çatmış əməkdaşları şəxsi ərizə əsasında işdən çıxsalar, birdəfəlik kompensasiya alacaqlar.
Dəyişikliklərə əsasən, pensiya yaşına çatmış əməkdaşlara kompensasiya Parlament Aparatının büdcəsindən veriləcək, kompensasiyanın miqdarı və verilmə qaydasını isə öz sərəncamı ilə parlamentin sədri müəyyən edəcək.
Layihəyə əsasən, əməkdaşın şəxsi ərizəsi əsasında işdən azad edilməsi halında, parlamentin sədrinə sərəncamla Parlament Aparatının pensiya yaşına çatmış əməkdaşı üçün birdəfəlik kompensasiya verilməsi qaydasını müəyyən etmək səlahiyyəti verilir.
“Sözügedən dəyişiklik Parlament Aparatının pensiya yaşına çatmış əməkdaşları üçün əlavə sosial şərait yaradacaq və bununla da onların illər ərzində parlamentin fəaliyyətinə verdikləri töhfə bir daha qiymətləndirəcək və onların dəyişmiş mühitə daha yaxşı uyğunlaşmasına şərait yaradacaq” – qanun layihəsinin izahat kartında qeyd olunub.