Parlamentin reqlamentində hazırlanan dəyişikliklərlə, ola bilsin, prezident yeni seçilən parlamentin ilk iclasını açmaq səlahiyyətinə artıq malik olmasın
Parlamentin reqlamentində hazırlanan dəyişikliklərlə, ola bilsin, prezident yeni seçilən parlamentin ilk iclasını açmaq səlahiyyətinə artıq malik olmasın

 

Parlamentin reqlamentində hazırlanan dəyişikliklərlə, ola bilsin, prezident yeni seçilən parlamentin ilk iclasını açmaq səlahiyyətinə artıq malik olmasın.

Bu gün qüvvədə olan reqlamentə əsasən, prezident yeni seçilmiş parlamentin ilk iclasını açır. Prezidentin yoxluğunda isə, parlamentin ən yaşlı deputatı iclası açmaq səlahiyyətinə malikdir.

Yeni reqlamentə əsasən, yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi ilə bağlı məsələlər aşağıdakı qaydada tənzimlənəcək: Yeni seçilən parlamentin ilk iclası parlament seçkilərinin nəticələrinin rəsmi şəkildə elan edilməsindən ən geci onuncu gündə keçiriləcək, bu iclası prezident təyin edəcək. Reqlamentdə o da izah olunur ki, əgər prezident ilk iclasın keçirilmə tarixini müəyyən etməzsə, yeni seçilən parlament ilk iclasına parlament seçkilərinin nəticələrinin rəsmi şəkildə elan edilməsindən onuncu gündə – saat 12:00-da toplaşacaq.

Yeni reqlament layihəsinə əsasən, yeni seçilən parlamentin ilk iclasını parlamentin sədri seçilənədək iclasa rəhbərlik edəcək ən yaşlı deputat açacaq.