Parlamentin Prosedur Məsələləri Komitəsi Qiymətlərin Öyrənilməsi üzrə Parlament Komissiyasının kvotalarını müəyyən edib
Parlamentin Prosedur Məsələləri Komitəsi Qiymətlərin Öyrənilməsi üzrə Parlament Komissiyasının kvotalarını müəyyən edib.
Sektor Komitəsinin sədri Şota Berekaşvilinin rəhbəri olacağı komissiya 14 üzvlə komplektləşdiriləcək.
Komissiyada “Gürcü Arzusu”nun yeddi və müxalifətin yeddi üzvü olacaq. Konkret olaraq, Qiorqi Qaxarianın komandasının üç, “Xalqın Gücü”nün üç, “Avropalı Sosialistlər”in isə bir kvotası olacaq.
Komissiya Gürcüstandakı yüksək qiymətlərin səbəblərini öyrənmək üçün aprelin sonuna qədər fəaliyyət göstərməyi planlaşdırır.