Parlamentin plenar iclasının keçirilməsi 7-8 sentyabrda planlaşdırılır
Parlamentin payız sessiyası 7 sentyabrda açılacaq.
Reqlamentə müvafiq olaraq, payız sessiyası sentyabrın ilk çərşənbə axşamı açılır.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, plenar iclasının keçirilməsi 7-8 sentyabrda planlaşdırılır. Sonra isə, yerli seçkilərin seçkiqabağı kampaniyadan irəli gələrək, Parlamentdə qanunvericilik fəaliyyət passiv rejimə keçəcək.
Parlamentin payız sessiyası dekabrın üçüncü cümə günü bağlanır.