Parlamentin plenar iclasında İrakli Kirtsxalia və Qiorqi Şaraşidze arasında mübahisə yaşanıb
Parlamentin iclas zalında, bugünkü plenar iclasda müxalifətçi deputat Qiorqi Şaraşidze ilə parlament əksəriyyətinin lideri İrakli Kirtsxalia arasında mübahisə yaşanıb.
Konstitusiya Məhkəməsində “Gürcü Arzusu” tərəfindən hazırlanmış iddianın müzakirəsi deputatlar arasında qızğın mübahisəyə səbəb olub.
Siyasi bəyanatlar formatında çıxışı zamanı İrakli Kirtsxalia hakim partiyanın bir neçə müxalifət partiyasının qadağan edilməsini nə üçün tələb etdiyindən danışıb. Parlament əksəriyyətinin lideri bir neçə səbəb arasında müxalifət tərəfindən edilən sabotajı, inqilablar və dövlət çevrilişi cəhdini göstərib.
İrakli Kirtsxalianın çıxışına Qiorqi Şaraşidze münasibət bildirib və onun partiyasının nə ilə ittiham olunduqlarının dəqiqləşdirilməsini tələb etdiyini deyib. Şaraşidze, “Gürcü Arzusu”nun “Qaxaria Gürcüstan Naminə” partiyasına qarşı şəxsi qisas hissi ilə hərəkət etdiyini və hakim komandanın ölkəni diktatura bataqlığına apardığını deyib.
Deputatlar arasında mübahisə zamanı İrakli Kirtsxalia Qiorqi Qaxarianın partiyasının nümayəndələrini “agent”lər adlandırıb və onlara müraciət edib – “Utanmalısınız”.