Parlamentin plenar iclası səs-küy fonunda keçirilir. Plenar iclasda qarşıdurmaya səbəb “Gürcüstan Naminə” partiyası tərəfindən hazırlanmış və minimum əmək haqqının təyin edilməsini və onun 1000 lariyə qədər müəyyən edilməsini nəzərdə tutan qanunvericilik dəyişiklikləri olub.
Dəyişiklikləri deputat Qiorqi Şaraşidze təqdim edib və qeyd edib ki, Gürcüstanda insanların kölə maaşı var.
“İqtisadi artım bizi də sevindirir, lakin vətəndaşlarımız bunu öz ciblərində hiss edə bilmirlərsə, iqtisadi artım bizə nə üçün lazımdır? Eyni ailələr daha da zəngin olsun və öz bizneslərini inkişaf etdirsinlər deyəmi? – siz, iş adamlarını bu qədər canfəşanlıqla müdafiə edəndə, onların mənfəətini müdafiə etdiyinizə dair bizdə şübhə yaranır. Sizin sıralarınızda hər ikinci adam milyonerdirsə, onlar üçün insanların necə aşağı maaş almasını anlamaq çətindir. Sizin naharınız 500 laridir, halbuki insanların maaşı bu qədərdir. Siz insanları bu cür həyasızcasına qul kimi istismar üçün qurban verirsiniz” – Şaraşidze bildirib.
Onun bu bəyanatına Parlamentin Diaspora Məsələləri üzrə Komitəsinin sədri İrakli Zarkua etiraz edib və bu da onlar arasında şiddətli mübahisəyə və sözlü qarşıdurmaya səbəb olub.
Parlament əksəriyyətinin digər üzvləri Qiorqi Şaraşidzeyə etiraz ediblər və populizmlə məşğul olduğunu deyiblər.