Gürcüstan parlamenti bu həftə içində, payız sessiyasını başa çatdıracaq və bundan sonra qanunverici orqan öz fəaliyyətini növbədənkənar iclaslar formatında davam etdirəcək.
Bu həftə üçün təyin edilən iclaslarda deputatlar 2018-ci ilin dövlət büdcəsi layihəsini və dünən hüquqi komitə tərəfindən müzakirə edilən, yeni konstitusiya dəyişikliklərini müzakirə edəcəklər.
Son dəyişikliklərə əsasən, bonus sistemi ləğv olunacaq və 2020-ci ildə siyasi partiyalar bir dəfəlik blok şəklində birləşə biləcəklər.
Reqlamentə görə, parlamentin payız sessiyası sentyabrın ilk çərşənbə axşamı başlayır və dekabrın üçüncü cüməsində bağlanır.