Parlamentin payız sessiyası 17 dekabrda bağlanacaq

17:45, 12.12.2021

Parlament payız sessiyası formatında işini davam etdirir. Reqlamentə uyğun olaraq, payız sessiyası 17 dekabrda bağlanacaq.

Cari sessiya həftəsində Parlament 2022-ci il dövlət büdcəsi layihəsini müzakirə və təsdiq edəcək. Maliyyə sənədini deputatlara Maliyyə naziri təqdim edəcək. Deputatlar büdcə layihəsinin müzakirəsi ilə yanaşı, qanunverici orqanda “nazir saatı” formatında Ədliyyə və İqtisadiyyat nazirlərini dinləyəcək və onlardan hesabat alacaqlar.

Parlament fəaliyyətini rəsmi olaraq bir fevralda bərpa edəcək və yaz sessiyasını açacaq. Sessiyada qəbul ediləcək ən mühüm qərarlardan biri də seçki baryerinin 2 faizə qədər endirilməsini və tam proporsional sistemin tətbiqini nəzərdə tutan konstitusiya dəyişiklikləri olacaq.

Oxşar