Parlamentin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməsi faktına görə İrakli Okruaşviliyə qarşı Tbilisi Prokurorluğunda ittiham irəli sürüblər
Parlamentin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməsi faktına görə İrakli Okruaşviliyə qarşı Tbilisi Prokurorluğunda ittiham irəli sürüblər

 

Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı Tbilisi Prokurorluğunda ittiham irəli sürüblər.

Məsələ parlamentin istintaq komissiyasının iclasına onun getməməsi ilə bağlıdır. İrakli Okruaşviliyə qarşı ittiham parlamentin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməsi faktına görə irəli sürülüb.

“Mzia Amağlobeli də daxil olmaqla onlarla gənc həbsxanada qalarkən heç kimin heç bir arqumentlə o maskaradda və komissiyada görünməyə mənəvi haqqı yoxdur. Gürcüstanın parlamenti olmadığı kimi, heç bir komissiya da yoxdur. Mənə uşaqlıqdan öyrədirdilər ki, Müjdələnmə günü quş belə yuva qurmaz, lakin görünür, onlar bu məhkəmədə başqa təqvimlə işləyirlər. Ümid edirəm ki, Badri Caparidze və Mamuka Xazaradzedən fərqli olaraq, mənə cüzi endirim edəcəklər” – İrakli Okruaşvili Tbilisi Prokurorluğunu tərk etdikdən sonra jurnalistlərə deyib.

Məlumat üçün bildirək ki, prokurorluqda istintaq 349-cu maddə ilə aparılır, bu isə istintaq komissiyasının qanuni tələbinə itaətsizliyi nəzərdə tutur. Prokurorluq parlamentin istintaq komissiyasının sədri Tea Tsulukianinin müraciəti əsasında Okruaşviliyə qarşı istintaqa başlayıb. Okruaşvili istintaq komissiyasının iclasına gəlməkdən imtina edib.