Parlamentin istintaq komissiyasının iclasına gəlməməsi halında, Badri Caparidzenin işinin prokurorluğa göndərilməsi məsələsi sabah səsverməyə qoyulacaq
Parlamentin istintaq komissiyasının iclasına gəlməməsi halında, Badri Caparidzenin işinin prokurorluğa göndərilməsi məsələsi sabah səsverməyə qoyulacaq

 
“2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın sədri Tea Tsulukianinin bəyanatına əsasən, komisiyanın sabahkı iclasının başlanğıcında, komissiyanın iclasına gəlmədiyi üçün Badri Caparidzenin işinin prokurorluğa göndərilməsi məsələsini müzakirə edəcəklər.

Tsulukianinin qeyd etdiyi kimi, Badri Caparidze komissiyanın iclasına gəlsəydi, yaxşı olardı.

“Sabahkı iclas saat 10:00-da başlayacaq. Gəlin 5-10 dəqiqə əvvəl toplaşaq və məhz Badri Caparidzenin işini səsverməyə qoyaq. Bu müddət ərzində o, gəlsə, nə yaxşı, əlbəttə, hər kəsin fikrini dəyişmək hüququ var, əgər gəlməsə, səsverməyə qoyacağıq, məsələyə baxacağıq və sonra avqust müharibəsi ilə bağlı mövzu ilə müzakirəni açacağıq” – Tea Tsulukiani bildirib.

Gürcüstan Parlamentində “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclası keçirilib. Bugünkü iclasda MMC “Magnati”nin işini müzakirə ediblər və “TBC Bank”ı, Mamuka Xazaradze, Badri Caparidze və Davit Kezeraşvilini onun əmlakını mənimsəməkdə ittiham edən MMC “Magnati”nin sahibi, iş adamı Cemal Leonidze dindirilib. İclasa Mamuka Xazaradze və Badri Caparidze də dəvət olunmuşdu. “Lelo Gürcüstan Naminə”nin lideri Mamuka Xazaradze sosial şəbəkədə yazdı ki, komissiyanın iclasına getmək və “sirkdə iştirak etmək” niyyətində deyil. Komissiyanın rəhbəri Tea Tsulukiani parlamentin istintaq komissiyasının iclasına gəlmədiyi üçün Mamuka Xazaradzenin işinin prokurorluğa göndərilməsi məsələsini səsverməyə qoyub və bu, komissiya üzvləri tərəfindən dəstəklənib.