Parlamentin istintaq komissiyasının iclasına gəlmədiyi üçün Mamuka Xazaradzenin işi prokurorluğa göndəriləcək
Parlamentin istintaq komissiyasının iclasına gəlmədiyi üçün Mamuka Xazaradzenin işi prokurorluğa göndəriləcək

 

Gürcüstan Parlamentində “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın iclasına gəlmədiyi üçün Mamuka Xazaradzenin işi prokurorluğa göndəriləcək.

Bu barədə qərarı parlament komissiyasının bugünkü iclasında qəbul ediblər.

Məsələ səsverməyə komissiyanın rəhbəri Tea Tsulukiani tərəfindən qoyuldu.

“Cənab Mamuka halında, o özünün “Facebook” paylaşımından irəli gələrək, bu gün gəlmək niyyətində olub-olmaması, sabah, iki günə, bir həftəyə vaxt edib-etməməsi və komissiya işini başa çatdırana qədər gəlib-gəlməyəcəyi ilə bağlı bizdə artıq heç bir sual işarəsi belə qoymadı. O mətnə əsasən, burada heç bir şübhə yoxdur. Mamuka Xazaradzenin işinin prokurorluğa göndərilməsi ilə bağlı məsələni səsverməyə qoymağımızı sizə təklif etmək istərdim.

Müxtəlif normaları olan Cinayət Məcəlləsi var. Belə bir maddə var – 349-cu maddə, bu maddədə yazılıb ki, komissiyanın tələbinin yerinə yetirilməməsi cinayət qanunvericiliyinə əsasən cəzalandırılır. Orada kifayət qədər ağır cəzalar var, o cümlədən bir ilə qədər həbs cəzası da”
– Tea Tsulukiani bildirib.