Parlamentin iclasının bu gün Şarl Mişel və sənədə imza atan partiyaların iştirakı ilə keçirilməsi mümkündür
Parlamentin iclasının bu gün Şarl Mişel və sənədə imza atan partiyaların iştirakı ilə keçirilməsi mümkündür

Parlamentin iclasının bu gün Şarl Mişel və sənədə imza atan partiyaların iştirakı ilə keçirilməsi mümkündür.

Məlumat rəmi olaraq hələlik təsdiq olunmayıb.

Avropa Şurası prezidenti, Şarl Mişel Gürcüstana bu gün enəcək.

Şarl Mişel ilk öncə prezident Salome Zurabişvili ilə görüşəcək və üzbəüz söhbət baş tutacaq.

Gürcüstan prezidenti və Avropa Şurası prezidentinin birgə mətbuat konfransı planlaşdırılıb.

Avropa Şurası prezidenti elə bu gün Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ilə görüşəcək.

Bununla yanaşı, Şarl Mişel Parlamentdə Gürcüstan parlamentinin sədri, Arçil Talakvadze və siyasi pariyaların nümayəndələri ilə görüş keçirəcək.

Günün sonunda, Avropa Şurası prezidentinin şərəfinə Salome Zurabişvili adından nahar təşkil olunacaq.

Orbelianilər Sarayında Şarl Mişel tərəfindən partiyalar üçün təqdim olunan sənəd “Gürcüstan tərəqqi yolu” sənədinin dünən imzalanması baş tutdu.