Parlamentin bürosunun iclasında İkinci İlianın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər
Parlamentin bürosunun bugünkü iclasında ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin dediyi kimi, İkinci İlia hər kəsi sevgi ilə birləşdirən insan idi.
“Bu günlərdə cəmiyyətimiz ölkəmizin Patriarxı, yarım əsrdir millətimizin və cəmiyyətimizin mənəvi atası olan bir insanla, həzrətləri ilə vidalaşıb,. Bu günlərdə irsini açıq şəkildə gördüyümüz insan. Bu, sevgi ilə birləşən millətdir. Bir insana və bir insan vasitəsilə bağlı olan millət. Patriarx dini mənsubiyyətindən, yaşından və siyasi zövqündən asılı olmayaraq hər bir vətəndaşın qəlbində böyük hörmət, sevgi və ehtiram obyekti olmağı bacarıb. Hər kəsi bu sevgi ilə birləşdirən insan. Sizdən xahiş etmək istərdim, onun xatirəsini bir dəqiqəlik sükutla yad edək” – Şalva Papuaşvili büronun iclasında deyib.