Parlamentin bürosunun bugünkü iclasında Xüsusi İstintaq Xidmətinin ləğv edilməsini nəzərdə tutan qanunvericilik paketinin təşəbbüsü irəli sürülüb
Parlamentin bürosunun bugünkü iclasında Xüsusi İstintaq Xidmətinin ləğv edilməsini nəzərdə tutan qanunvericilik paketinin təşəbbüsü irəli sürülüb.
Dəyişikliklərə əsasən, “Xüsusi İstintaq Xidməti haqqında” qanun qüvvədən düşmüş elan olunacaq və Xüsusi İstintaq Xidməti, Xüsusi İstintaq Xidmətinin rəisi, birinci müavini və müavininin vəzifələri ləğv ediləcək.
Dəyişikliklərə əsasən, qeyd olunan vəzifəli şəxslərə, eləcə də xidmətin əməkdaşlarına təzminatın verilməsi öhdəliyi müəyyən olunacaq.
Qanun layihəsinə əsasən, Xüsusi İstintaq Xidmətinin səlahiyyəti şamil olunan cinayət işləri Prokurorluğun istintaq səlahiyyətinə keçəcək.