Parlamentin bürosunun bu gün keçirilən iclasında Gürcüstan Diplomatiya Akademiyasının yaradılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri təşəbbüs kimi irəli sürülüb
Parlamentin bürosunun bu gün keçirilən iclasında Gürcüstan Diplomatiya Akademiyasının yaradılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri təşəbbüs kimi irəli sürülüb

Parlamentin bürosunun bu gün keçirilən iclasında Gürcüstan Diplomatiya Akademiyasının yaradılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri təşəbbüs kimi irəli sürülüb.

Qanun layihəsində qeyd olunur ki, akademiya Gürcüstan Xarici İşlər Nazirliyi-nin idarəetmə sahəsində fəaliyyət göstərən, ali təhsil statusuna malik bir qurum olacaq və bakalavr, magistr proqramları, eləcə də ixtisasartırma üzrə birillik kurs həyata keçirəcək.

Dəyişikliklərə əsasən, diplomatik kadrların hazırlanması üçün yeni sistem də yaradılır. Bu sistemə görə, akademiyada birillik ixtisasartırma kursunu uğurla bitirdiyini təsdiqləyən sertifikata sahib şəxslər “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq diplomatik vəzifələrə təyin oluna biləcəklər.

Layihə həmçinin diplomatik rütbələrin verilməsi qaydasını dəyişir və “fövqəladə və səlahiyyətli səfir” rütbəsinin verilə biləcəyi yüksək diplomatik vəzifələrin siyahısını genişləndirir.

Xatırladaq ki, 8 mayda Baş nazir İrakli Kobaxidze hökumət iclasında Diplomatiya Akademiyasının yaradıldığını açıqlamışdı və bu addımın məqsədinin diplomatik xidmət üçün yüksək ixtisaslı kadrların hazırlanması olduğu bildirilmişdi.