Parlamentin bugünkü iclasında prezidentin seçiləcəyi tarix məlum olacaq
Parlamentin bugünkü iclasında prezidentin seçiləcəyi tarix məlum olacaq

 
Parlamentin bugünkü plenar iclasında Gürcüstan Prezidentinin seçiləcəyi tarix müəyyən ediləcək.

Parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili namizədin kimliyinin daha sonra məlum olacağını bildirib.

“Seçicilər Kollegiyası (Seçicilər birliyi) prezidenti seçəcək. Namizədin kim olacağı daha sonra məlum olacaq. O ki qaldı prezidentin özünü necə doğrultması sualına, prezident ölkə konstitusiyasını və Gürcüstanı doğrultmalıdır. Bu dövrdə prezidentin vəzifəsi ilə onun əməlləri arasında müəyyən uzaqlaşma (sapma) var idi. Bir çox məsələlərdə onun rəmzi, təmsilçi hüquqları var. Siyasi ambisiya və real idarəetmə təsir vasitələrindən uzaqlaşma əksər hallarda yayınmalara səbəb olurdu. Yeni prezident onun statusuna müvafiq olaraq seçiləcək” – Kadaqişvili bildirib.