Rustaveli prospektində, parlamentə bitişik ərazidə müxalifət tərəfindən təşkil edilmiş etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb.
Aksiyanın iştirakçıları 26 oktyabr seçkilərinin nəticələrini tanımadıqlarını və 11-ci çağırış parlamentini qeyri-legitim hesab etdiklərini bildirirlər. Onlar yeni parlamentin ilk iclasına etiraz etmək üçün bu gün parlament yaxınlığında gecələyiblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunverici orqanın yanına səfərbər olunublar.


