Parlamentdə Müdafiə Komitəsinin qapalı iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə namizədliyi irəli sürülən Qeka Qeladzeni dinləyirlər
Parlamentdə Müdafiə Komitəsinin iclası qapalı rejimdə keçirilir. Bu dəqiqələrdə iclasda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə namizədliyi irəli sürülən Qeka Qeladzeni dinləyirlər.
İclasın açılışını edərkən komitənin sədri Aleko Tabatadze bildirib ki, iclasın bağlanmasını xüsusi rejimdən irəli gələrək reqlament nəzərdə tutur.
Müdafiə Komitəsinin iclası başa çatdıqdan sonra plenar iclasda səsvermə keçiriləcək və Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi vəzifəsinə Qeka Qeladzenin namizədliyi irəli sürüləcək.
Onun vəzifəyə seçilməsi üçün 76 deputatın dəstəyinə ehtiyacı var. Parlament Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini altı il müddətə seçir.