Parlamentdə martın 22-də interpelasiya qaydası ilə Mamuka Baxtadzeni dinləyəcəklər
Gürcüstan Parlamentində martın 22-də interpelasiya qaydası ilə, Gürcüstanın baş naziri Mamuka Baxtadzeni dinləyəcəklər. Hökumət başçısı qanunvericilərə plenar iclasda müraciət edəcək. Gürcüstan parlamenti tarixində ilk dəfə interpelasiya qaydası işə düşəcək.
Bu qayda çərçivəsində, qanunvericilik orqanına Mamuka Baxtadzenin getməsini, ölkədə mövcud olan kriminogen duruma görə tələb etdilər. Birinci Kanalın məlumatına görə, interpelasiya qaydası ilə Təhsil naziri, Mixeil Batiaşvilinin dinlənilməsi də mümkündür. Onun Parlamentə getməsini “Avropa Gürcüstanı” tələb etdi.
İnterpelasiya qaydası Parlamentin yeni reqlamenti ilə nəzərdə tutulub. Reqlamentə əsasən adresat borcludur ki, suallara Parlamentin plenar iclasında şəxsən cavab versin.