Parlamentdə interpelyasiya qaydası ilə bugün Mamuka Baxtadzeyi dinləyəcəklər
Gürcüstan parlamentində bugündən etibarən ilk dəfə interpelyasiya qaydası qüvvəyə minəcək.
Bu format çərçivəsində, deputatlar ilk dəfə baş nazir Mamuka Baxtadzeyi dinləyəcəklər.
Ölkə başçısı qanunverici orqanda ölkədə mövcud olan kriminogen vəziyyətlə bağlı hesabat təqdim edəcək.
Baş nazirdən başqa, interpelyasiya çərçivəsində, bugünki iclasda Təhsil, Elm və Mədəniyyət Naziri Mixeil Batiaşviliyi dinləyəcəklər.
Qanunverici orqana baş nazirin getməsini “Milli Hərəkat” partiyası tələb etdi, Təhsil Naziri ilə görüşü isə, “Avropa Gürcüstanı”.
Reqlamentə əsasən, adresat suallara plenar iclasda şəxsən cavab verməlidir.
Debatlardan sonra, adresata yekunlaşdırıcı çıxış üçün 20 dəqiqə veriləcək.