Parlamentdə Gürcüstanın ilk konstitusiyasının 100 illik  yubileyinə həsr olunmuş təntənəli iclas keçiriləcək
Parlamentdə Gürcüstanın ilk konstitusiyasının 100 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçiriləcək

Bu gün, 21 fevralda Gürcüstan Parlamenti ilk konstitusiyanın 100 illik yubileyinə həsr olunmuş tədbirlərə ev sahibliyi edəcək.

Gürcüstan Parlamentində bəyan etdiklərinə görə, tədbir çərçivəsində Arçil Talakvadze və 10 yaşlı Ekvtime Tağaişvili “Ekvtime Tağaişvili adına gürcü parlamentarizmi muzeyini” açacaqlar.

Gürcüstanın ilk konstitusiyasının 100 illik yubileyinə həsr olunmuş təntənəli iclasda Parlament sədri, Arçil Talakvadze, prezident Salome Zurabişvili, baş nazirliyə namizəd İrakli Ğaribaşvili və Konstitusiya Məhkəməsinin sədri Merab Turava niqtlə müraciət edəcəklər.

Həmçinin İrakli Kobaxidzenin, Levan Yoselianinin və Maka Boçorişvilinin nitqlə çıxışı planlaşdırlıb.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, tədbir çərçivəsində İrakli Kobaxidzenin “azadlıq parlament ordeni” ilə təltif edəcəklər. Qanunvericiliklə müəyyən edilmiş müvafiq pul mükafatını İrakli Kobaxidze onkoloji diqanozu olan uşaqlara köçürəcək.

Bununla yanaşı, qanunvericilik orqanında 25 ildən az olmayaraq uğurulu xidmətinə görə Parlamentin 13 əməkdaşı mükafatlandırlacaq.

Tədbirdə Gürcüstan Prezidenti, Baş nazirliyə namizəd, muxtar respublikaların hökumət və ali şuralarının sədrləri, diplomatik korpusun nümayəndələri, Gürcüstan Konstitusiya və Ali Məhkəmələrinin sədrləri, Tbilisi meri, Tbilisi Sakrebulosu sədri, Patriarxlıq cə dini konfesiya nümayəndələri iştirak edəcəklər.