Parlamentdə fiziki qarşıdurma baş verdi
Parlamentdə fiziki qarşıdurma baş verdi

Gürcüstan Parlamentinin plenar iclasında sözlə və fiziki qarşıdurma verdi.

İclasda “Xalqın gücünün” üzvü, Viktor Capariridze və müstəqil deputat, Tariel Nakaidze arasında fiziki qarşıdurma baş verdi. Onlar bir-birlərinə ədəbsiz sözlərlə müraciət etdilər.

Fiziki qarşıdurmaya çoxluğun üzvü, Levan Mqaliblişvili də qoşuldu.

Parlamentdə hazırda “Müdafiə Məcəlləsi” layihəsini müzakirə edirlər, lakin məlum deyil, qarşıdurma konkret olaraq nə ilə bağlı başladı. Güman edildiyinə görə, qarşıdurma “Xalqın gücü” tərəfindən təhrik olunmuş qanunlayihəyə aid idi.