Parlamentdə bugün Vaxtanq Qomelauriyi dinləyəcəklər
Parlamentdə bugün Vaxtanq Qomelauriyi dinləyəcəklər

Gürcüstan parlamenti bugün Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vaxtanq Qomelauriyi dinləyəcək.

Vaxtanq Qomelauri deputatların qarşısında illik hesabtla çıxış edəcək. Format isə, yarı qapalı olacaq. Yəni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin hesabatı təqdim etdiyi hissə açıq olacaq, ancaq sual-rejim zamanı iclas ictimaiyyət üçün qapalı olacaq.

Vaxtanq Qomelaurinin çıxış formatı parlament müxalifəti üçün qeyri-məqbuldur.

Müxalifət nümayəndələrinin Qomelauriyə sərhədlərin demarkasiyası, işğal edilmiş  ərazilərdə və işğal xəttindəki vəziyyət, Rusiyadan qələn təhlükə, Pankisidə keçirilən xüsusi əməliyyat və Temirlan Maçalikaşvilinin işi ilə bağlı sualları var və onlar sual-rejim hissəsinin də açıq olmasını tələb edirlər.