Parlamentdə bu gün Natiya Turnavanı dinləyəcəklər

10:50, 16.12.2021

Nazir saatı formatında bu gün Gürcüstan Parlamentində İqtisadiyyat və Davamlı İnkişaf nazirini dinləyəcəklər. Natiya Turnava deputatlara illik hesabatı təqdim edəcək, daha sonra dinləmə sual-cavab rejimində davam edəcək.

İqtisadiyyat və Davamlı İnkişaf nazirinin dinləməsinə müxalifətin bir hissəsi iştirak edəcək. “Strategiya Ağmaşenebelinin” əsas sualları enereji təhlükəsizliyinə aid olacaq.

“Xanım Turnavanın çıxışını dinləyəcəyik və suallarımız da olacaq. Mən şəxsən maraqlanıram, bu gün Gürcüstanın hansı enerji siyasəti var, özü də elə bir fonda ki, gördük SES layihəsi baş tutmadı. Bununla birlikdə, real olaraq elektrik enerjisinə tələbat artıbdır. Eləcə də enerji təhlükəsizliyi baxımından real çağırışlar mövcuddur. Müvafiq olaraq, mənim əsas suallarım enerji təhlükəsizliyi və konkret siyasətin işlənib hazırlanmasını tələb edən və ictimaiyyətin barəsində məlumatı olmadığı çağırışlar barəsində olacaq”, – Teona Akubardiya bəyan etdi.

Hakim komandaya gəldikdə, Parlament çoxluğu İqtisadiyyat Nazirliyinin illik işini müsbət dəyərləndirir və bəyan edir ki, ötən il iqtisadiyyatın artımı yüksək templə fərqlənirdi. Beka Davitulianinin dediyinə görə, burada İqtisadiyyat Nazirliyinin böyük töhfəsi var.

“Pandemiya idi və iqtisadiyyatda çox mənfi əks olundu. Lakin ötən il gürcü iqtisadiyyatı bərpanın yüksək tempi ilə seçilirdi. Bu qiymətləndirilməlidir. Sözsüz ki, burada İqtisadiyyat Nazirliyinin böyük töhfəsi var. Suallara gəldikdə, tənzimləmələrin tədniq olunmasını nə qədər məqsədyönlü hesab edir onun üçün ki, iqtisadiyyat daha fəal işləməyə başlasın”, – Beka Davituliani bəyan etdi.

Oxşar