Parlament yetkinlik yaşına çatmayan şəxsi cinayət törədilməsinə cəlb etməyə görə məsuliyyəti sərtləşdirəcək "Cinayət Məcəlləsi"nə dəyişiklikləri dəstəkləyib
Parlament yetkinlik yaşına çatmayan şəxsi cinayət törədilməsinə cəlb etməyə görə məsuliyyəti sərtləşdirəcək "Cinayət Məcəlləsi"nə dəyişiklikləri dəstəkləyib

 

Parlament yetkinlik yaşına çatmayan şəxsi cinayət törədilməsinə cəlb etməyə görə məsuliyyəti sərtləşdirəcək “Cinayət Məcəlləsi”nə dəyişiklik daxil edilməsi haqqında qanun layihəsini 82 səslə dəstəkləyib.

“Cinayət Məcəlləsi”nə dəyişikliklər daxil edilməsi haqqında qanuna əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən cinayətin törədilməsində əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayanla birlikdə iştirak və ya birgə icraçı kimi iştirak və ya yetkinlik yaşına çatmış şəxs tərəfindən əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayanın cinayətin törədilməsinə cəlb edilməsi, “Cinayət Məcəlləsi” ilə nəzərdə tutulmuş bütün müvafiq cinayətlər üçün məsuliyyətin ağırlaşdırıcı halı hesab ediləcək.

Parlament çoxluğunun qanunvericilik təşəbbüsü qaydası ilə hazırladığı layihə ilə müəyyən olunur ki, ağırlaşdırıcı hal olduqda, cinayət törədilərkən müddətli azadlıqdan məhrum etmə cəzası təyin edilən zaman, çəkiləcək cəzanın müddəti törədilmiş cinayət üçün “Cinayət Məcəlləsi” ilə nəzərdə tutulmuş cəzanın minimum müddətindən ən azı bir il çox olmalıdır.
Əgər yetkinlik yaşına çatmayan şəxs 14 yaşına çatmamışdırsa, cəzanın müddəti törədilmiş cinayət üçün “Cinayət Məcəlləsi” ilə nəzərdə tutulmuş cəzanın maksimum müddətinin üçdə ikisindən az olmamalı və eyni zamanda, ən azı eyni cinayət üçün nəzərdə tutulmuş cəzanın minimum müddətindən bir il çox olmalıdır.

Məlumatı Gürcüstan Parlamenti yayır.