Parlament yayımçılara xaricdən maliyyə almağı qadağan edən "Yayımçılıq haqqında" qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib
Parlament yayımçılara xaricdən maliyyə almağı qadağan edən "Yayımçılıq haqqında" qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib

 

 

Gürcüstan Parlamenti yayımçılara xaricdən maliyyə almağı qadağan edən “Yayımçılıq haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Bugünkü plenar iclasda 86 deputat məsələni dəstəkləyib. Qəbul edilmiş qərara əsasən, qadağa sosial reklamlara da şamil olunacaq.

Belə ki, qanuna maddə əlavə edilir, bu maddəni nəzərə almaqla, yayımçı tərəfindən sosial reklamın yerləşdirilməsi müqabilində birbaşa və ya dolayısı ilə maliyyə alınmasına icazə verilməyəcək.

Həmçinin, qanunla yayımçı tərəfindən xarici qüvvədən birbaşa və ya dolayısı ilə maliyyə – vəsait və ya əmlak dəyəri olan digər növ maddi fayda alınması qadağan edilir.

Həmçinin, xarici qüvvə tərəfindən yayımçının xidmətlərinin (kommersiya reklamı və məhsulun yerləşdirilməsi istisna olmaqla) satın alınması və proqramın hazırlanmasının və ya efirə buraxılmasının birbaşa və ya dolayısı ilə maliyyələşdirilməsi və ya birgə maliyyələşdirilməsi qadağan ediləcək.

Qanunun məqsədləri üçün “xarici qüvvə” kimi müəyyən edilir:
xarici dövlətin hakimiyyət sistemi tərkibində olan subyekt; Gürcüstan vətəndaşı olmayan fiziki şəxs; Gürcüstan qanunvericiliyi əsasında yaradılmayan hüquqi şəxs; xarici dövlətin hüququ və ya beynəlxalq hüquq əsasında yaradılan təşkilati qurumlar, o cümlədən fond, assosiasiya, korporasiya, ittifaq, digər növ təşkilat və ya şəxslərin digər növ birləşmələri.