Parlament yaxınlığında media nümayəndələrinin etiraz aksiyası keçirilir
Parlament yaxınlığında media nümayəndələrinin etiraz aksiyası keçirilir

 
Parlament binasının arxa girişində müxtəlif media vasitələrinin nümayəndələri tərəfindən Mzia Amağlobeliyə dəstək aksiyası keçirilir. Onlar Amağlobelinin dərhal azadlığa buraxılmasını tələb edirlər. Aksiya iştirakçılarının dediyi kimi, Mzia Amağlobelinin barəsində seçilmiş həbs qətimkan tədbiri qanunsuzdur. Aksiya iştirakçılarının fikrincə, Mzia Amağlobelinin aclıq aksiyası onun həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Bununla yanaşı, aksiya iştirakçıları “Gürcü Arzusu”nun təşəbbüsünü irəli sürdüyü qanunvericilik dəyişikliklərinin onlar üçün qəbuledilməz olduğunu bildirirlər.

Aksiya iştirakçıları yürüş edərək parlamentin yan girişi tərəfinə də keçdilər. Polis onların yolun hərəkət hissəsinə keçməsinə icazə vermədi, bu da qarşıdurmaya səbəb oldu.

Hazırda aksiya iştirakçıları parlamentin qarşısındadırlar. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri ərazidən uzaqlaşdırıblar.