Parlament yaxınlığında etiraz aksiyası
Parlament yaxınlığında etiraz aksiyası

 

“Antsuxelidze ölümsüzdür” – bu şüarla Gürcüstan Parlamenti yaxınlığında aksiya keçirildi. Vətəndaş qrupu qanunverici orqanın arxa girişinə toplaşdı və Tea Tsulukianinin verdiyi bəyanata etiraz etdi. Aksiya iştirakçıları Tsulukiani və “Gürcü Arzusu”nun bütün qırmızı xətləri keçdiyini bildirirlər. Onlar Qiorqi Antsuxelidze ilə bağlı verilmiş bəyanatın vətən uğrunda vuruşan əsgərlərin hamısına təhqir olduğunu deyirlər. Əraziyə patrul polisi səfərbər olunmuşdu.