Parlament yaxınlığında aksiyanın iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib
Gürcüstan Parlamenti yaxınlığında aksiyanın iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.
Polis bir neçə nəfəri hadisə yerindən uzaqlaşdırıb, lakin onların saxlanıldığı yoxsa saxlanılmadığı hazırda bilinmir.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını yolun hərəkət hissəsini açmağa çağırıblar, bundan sonra da qarşıdurma baş verib.
Rustaveli prospektində həmrəylik aksiyası təxminən saat 12:00-da başlayıb. Aksiya iştirakçıları dünən aksiyada iki nəfərin saxlanılmasına etiraz edirlər. Onlar bildiriblər ki, saxlanılmış şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarını Pasxa bayramı münasibəti ilə təbrik edirlərmiş, bu isə aksiya iştirakçılarının dediyinə görə, onların saxlanılmasının səbəbi olub.