Parlament yaxınlığında aksiyada bir neçə nəfəri saxlayıblar, onların arasında Elene Xoştaria da var
Parlament yaxınlığında aksiyada bir neçə nəfəri saxlayıblar. Saxlanılanlar arasında “Droa”nın lideri Elene Xoştaria da var, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, onu inzibati qaydada saxlayıblar.
Aksiyanın iştirakçıları yolu bağlamağa çalışırdılar, əraziyə səfərbər olunmuş polis onların bunu etməsinə imkan verməyib.
Bundan əvvəl parlament yaxınlığında aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri inzibati qaydada saxlayıblar.
Parlament yaxınlığında aksiya qanunverici orqanda parlamentin istintaq komissiyasının iclası ilə eyni zamanda, günortadan başlayıb. Aksiya iştirakçılarının dedikləri kimi, Gürcüstan Parlamentinin İstintaq Komissiyası tərəfindən gürcü ordusu mühakimə olunur və buna dözə bilməzlər.
Məlumat üçün bildirək ki, Gürcüstan Parlamentində “2003-2012-ci illərdə fəaliyyət göstərən rejim və rejimin siyasi vəzifəli şəxslərinin fəaliyyətini öyrənən müvəqqəti istintaq komissiyası”nın bugünkü iclasında 2008-ci ildə Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahına daxil olan Sülhməramlı Əməliyyatlar Qərargahının rəisi olmuş Mamuka Ğuraşvili və 2004-2006-cı illərdə dövlət naziri olmuş Qoqa Xaindrava dindirilib. Həmçinin, bu gün parlamentin birinci vitse-spikeri, 2004-2006-cı illərdə Gürcüstanın dövlət nazirinin müavini vəzifəsini tutmuş Qia Volski də dindirilib.