Parlament "Xarici təsirin şəffaflığı haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda dəstəkləyib
Parlament "Xarici təsirin şəffaflığı haqqında" qanuna dəyişikliyi üçüncü oxunuşda dəstəkləyib

 

Qanunverici orqan “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda müzakirə edib və 81 səslə, yekdilliklə dəstəkləyib.

Məsələni Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini Tornike Ceişvili müzakirəyə təqdim edib.

Dəyişikliyə əsasən, “Xarici təsirin şəffaflığı haqqında” qanunla nəzərdə tutulmuş səlahiyyətləri İctimai Reestr Milli Agentliyi əvəzinə Dövlət Audit Xidməti həyata keçirəcək.

“Xarici təsirin şəffaflığı haqqında” qanuna edilən dəyişiklikdən irəli gələrək, həmçinin “Gürcüstanın İnzibati Prosessual Məcəlləsi”nə və Gürcüstanın “Dövlət Audit Xidməti haqqında” üzvi qanununa dəyişikliklər ediləcək.